Beş il əvvəl çəkilmiş yol sıradan çıxıb - VİDEO

Nəqliyyat TV 08 May 2022 | 22:57
OXUNUB: 2721

Astarada 5 il əvvəl çəkilmiş yol artıq sıradan çıxıb. Söhbət Astara rayonunun dağ kəndlərinə aparan Təxtənəkəran-Toradi avtomobil yolundan gedir.

2017-ci ildə tikilərək istifadəyə verilən yolda iri çalalar əmələ gəlib, bir sıra hissələrdə çökmələr yaranıb.

Təxtənəkəran-Toradi avtomobil yolundan Astara və Lerik rayonlarının ümumilikdə 7000-dən çox sakini istifadə edir.

Sakinlər deyirlər ki, yağan yağışlar səbəbindən dağdan sürüşərək yola tökülən torpaq qatı asfalt örtüyünü tamamilə dağıdıb. Nəticədə yoldan istifadə çətinləşib.

Yoldakı problemlərlə bağlı balansında olduğu 49 saylı yol istismarı MMC-yə müraciət etdik.

Qurum rəsmisi Tərlan Ağamalıyev bildirib ki, yolun asfalt örtüyünün sıradan çıxması təbii hadisələrlə əlaqəlidir.

O əlavə edib ki, hazırda yolda təmir işləri aparılır və vəziyyət nəzarətdə saxlanacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man