Rusiya hava hücumundan müdafiə sistemləri gün ərzində Ukraynaya məxsus bir "Su-25" hücum təyyarəsini və Zmeinı adasının yaxınlığında bir Bayraktar pilotsuz uçuş aparatını vurub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
"Rusiyanın hava hücumundan müdafiə sistemləri İlan adası ərazisində bir ədəd "Bayraktar - TB2" pilotsuz uçuş aparatını məhv edib. Bundan əlavə, Mandrikino, Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının Peremojne yaşayış məntəqələri üzərində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatı məhv edilib", - məlumatda deyilir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man