Bakıda şirkət maşınının sürücüsü "avtoşluq" etdi - polis hərəkətə keçdi - VİDEO

Yol qəzaları 08 May 2022 | 20:26
OXUNUB: 1421

Bakıda sürücü kobud qayda pozuntusuna yol verib. Şirkətlərdən birinə məxsus kiçiktutumlu yük avtomobilinin sürücüsü tixaca görə əks yola çıxıb.

Avtosfer.az-ın məlumatına görə, sürücü tıxacda gözləməmək üçün əks yola çıxaraq hərəkət edib. Sözügedən videokadrlar paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində çəkilib. Görüntüləri izləyən yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyib ki, sürücü bu əməli ilə həm özünə, həm də digər hərəkət iştrakçılarına ciddi təhlükə yaradıb. Ekspert xüsusən də mağazalara məhsul çatdıran firmalara məxsus avtomobil sürücülərinin tez-tez qayda pozmalarının qarşısını almaq üçün yol polisinə maraqlı bir təklif verib. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli isə bildirib ki, videogörüntü sosial şəbəkə və internet portallarında yayılan kimi dərhal nəzaratə götürülüb və qanunvericiliyə uyğun müvafiq tədbir görüləcək. Onun sözlərinə görə, belə məsuliyyətsizliyə yol verən sürücülər digər hərəkət iştrakçılarının haqlı narazılığına da səbəb olur. O, bir daha sürücülərdən yollarda hərəkət qaydalarına əməl etməyi və maksimum dərəcədə yol şəraitinə uyğun sürət seçmələrini tövsiyə edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man