Sürücülərin DİQQƏTİNƏ: Avtomobilin kondisionerinə qulluq neçəyə başa gəlir? - VİDEO

Gündəm 08 May 2022 | 13:56
OXUNUB: 1107

İsti günlər başladıqca sürücülərin də kondisionerlərə tələbatları artır.

Avtosfer.az xəbər verir ki, mütəxəssislər bildirir ki, hələlik qızmar yay günləri başlamasa da , qışdan çıxan kondisionerlərə texniki qulluq göstərməyin vaxtıdır.  Havaların getdikcə isinməyə başlaması kondisioner ustalarına üz tutan sürücülərin sayını artırıb. Bir çox sürücü indidən kondisionerə dövrü qulluq etdirib yaya hazırlıq görür. Uzun illər kondisioner ustası kimi fəaliyyət göstərən Cavidan Muradxanlı deyir ki, avtomobilin salonunun soyutma sisteminə hər il qulluq göstərilməlidir. İlk növbədə kondisionerin qazını və kompressorunun yağını yoxlatmaq lazımdır. Əks halda sürücülər daha böyük maddi ziyana düşə bilərlər.  Bundan başqa, sistemə mütləq təmiz və keyfiyyətli qaz vurulmalıdır. Əks halda sistemdə hava olur və kondisioner normal soyutmur. Həmçinin salon filterlərinin də ildə iki dəfə dəyişdirilməsi məsləhətdir Qeyd edək ki, kondisionerə vurulan frion qazının 1 qramının qiyməti 6-8 manat arasında dəyişir. Ümumilikdə həcmindən asılı olaraq 1 avtomobilə frion qazının və kompressor yağının vurulması birlikdə 50-60 manata başa gəlir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man