“Azəriqaz”-ın əməkdaşına xəsarət yetirən şəxsə cinayət işi açılıb

08 May 2022 | 13:25
OXUNUB: 746

Mayın 6-da saat 17 radələrində Ağcabədi rayonu Rəncbərlər kəndində “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Ağcabədi rayon prokurorluğundan Avtosfer.az-a verilən xəbərə görə, araşdırmalarla müəyyən edilib ki, kənd sakini Kamil Usubov istehlak edilmiş təbii qaza görə yaranmış cəmi 504 manat abonent borcunu vaxtında ödəmədiyinə görə “Azəriqaz” İB-nin nəzarətçi-çilingəri Rövşən Səfərov və digər əməkdaşlardan ibarət işçi qrupu xidməti vəzifələrini yerinə yetirərkən təbii qaz borusundan sayğaca gələn xətti kəsərkən Kamil Usubov onlara hücum edərək təhqir edib, Rövşən Səfərova bir dəfə zərbə endirməklə sol yanaq nahiyəsinin kəsilmiş-cırılmış yarası xəsarəti yetirib. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man