Daxili İşlər Nazirliyi Mingəçevir şəhərində həbs edilmiş şəxsin özünə xəsarət yetirməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, Səttar Fərzanlı Mingəçevir Şəhər Polis Şöbəsinin müvəqqəti saxlama yerində olarkən sanitar qovşaqda özünə yüngül cızıq xəsarətləri yetirib: “Polis əməkdaşları və həkimlər tərəfindən ona tibbi yardım göstərilib, səhhəti üçün problem yaranmayıb. Daha sonra o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən İstintaq Təcridxanasına köçürülüb”. “Qeyd edək ki, əvvəllər məhkum olunmuş Səttar Fərzanlı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan heroin aşkarlanıb”, - deyə M.Məsimov əlavə edib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man