Həbs edilən şəxs polis şöbəsində özünə xəsarət yetirdi

07 May 2022 | 20:00
OXUNUB: 1390

Daxili İşlər Nazirliyi Mingəçevir şəhərində həbs edilmiş şəxsin özünə xəsarət yetirməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Avtosfer.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, Səttar Fərzanlı Mingəçevir Şəhər Polis Şöbəsinin müvəqqəti saxlama yerində olarkən sanitar qovşaqda özünə yüngül cızıq xəsarətləri yetirib: “Polis əməkdaşları və həkimlər tərəfindən ona tibbi yardım göstərilib, səhhəti üçün problem yaranmayıb. Daha sonra o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən İstintaq Təcridxanasına köçürülüb”. “Qeyd edək ki, əvvəllər məhkum olunmuş Səttar Fərzanlı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan heroin aşkarlanıb”, - deyə M.Məsimov əlavə edib. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man