İtaliya hökuməti, Rusiya hökumətinin tanınmış şəxsləri ilə əlaqəli olduğu səbəbilə, Karara limanında dayanmış təxminən 700 milyon dollar dəyərində lüks yaxtanı müsadirə edib.
"Unikal"ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, İtaliya Maliyyə Nazirliyindən verilən açıqlamada bildirilib ki, Karara limanında dayanan “Şehrazat (Şeherazade)” adlı yaxta nazir Daniele Frankonun əmri ilə polis tərəfindən ələ keçirilib. Təxminən 700 milyon dollar dəyərində olan lüks yaxtanın kimə məxsus olduğu açıqlanmasa da, onun "Rusiya hökumətinin aparıcı ünsürləri ilə əlaqəsi" olduğu bildirilib. Yaxtanın uzun müddətdir səlahiyyətlilər tərəfindən izləndiyi də bildirilib.
140 metrlik lüks yaxta sentyabr ayından İtaliyanın Marina di Karrara limanında texniki xidmət göstərir. Yaxtanın iki helikopter meydançası var və 18 qonaq və 40 ekipaj üzvünü qəbul edə bilir.
Müsadirə edilən yaxtanın Rusiya Prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man