Paşinyan Xankəndini Bakıya təhvil verməyə hazırlaşır - Rusiya yolları bağlayır

07 May 2022 | 15:14
OXUNUB: 1863

44 günlük müharibədən öncəki ritorikanı yenidən gündəmə gətirmək yolverilməzdir. Təəssüf ki, yeni reallığı hələ də Ermənistanda qəbul etmək istəməyən qüvvələr var.

Sözsüz ki, bu mövqedə müxalif, revanşist qüvvələrin dayandığına nəzər saldıqda əslində elə də təəccüblü görünmür. Çünki hakim partiyanın idarəçiliyini əlindən almaq, hakimiyyətə yiyələnmək üçün bir qrup siyasi qüvvələr özlərini qəhrəman kimi göstərərək mövcud hökümətin edə bilməyəcəklərini reallaşdıracaqları təəssüratı yaratmaqla, bundan yenidən ölkənin başına keçmək üçün maksimum yararlanmaq niyyətindədirlər. Bu istək xüsusilə son vaxtlar Qərbin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalaması üçün göstərdiyi aktivlikdən sonra daha çox nəzərə çarpmağa başladı.

Dəyişən heç nə yoxdur

Köçəryan-Sarkisyan cütlüyünün rəhbərlik etdiyi "Qarabağ klanı"nın indi Ermənistanda yaranmış vəziyyəti hakimiyyəti ələ keçirtmək üçün son şans olaraq gördüyünü yaxşı anlayan Rusiya həmləsini məhz bu fiqurlar üzərindən etməklə, Qərbin Qarabağ üzərindən Cənubi Qafqazda maraqlarını təmin edərək Moskvanı oyundan kənarlaşdrımasına mane olmağa çalışır. Doğrudur, Ermənistanda ictimai-siyasi vəziyyət artıq təhlükəli həddə qədər gərginləşib. Amma son günlər Paşinyan hakimiyyətinin ölkədaxili situasiyaya nəzarəti itirə biləcəyi istisna edilir.

Bəli, Rusiya bu ssenarini yazan tərəfdir. Lakin Moskvanın məqsədi Paşinyanı devirmək yox, ona əmrlərinə tabe olmaq üçün gözdağı verməkdir. Biz bunu elə Moskvadan edilən son açıqlamadan da açıq sezə bilərik. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksey Zaits mətbuat konfransı zamanı Ermənistanda baş verən hadisələrə toxunaraq bildirib ki, "Ermənistandakı etirazlar ölkənin daxili işidir və Rusiya müttəfiqinin sabit, dinc və təhlükəsiz inkişafını istəyir. Bütün problemlər konstitusiyada nəzərdə tutulduğu şəkildə həll olunmalıdır".

Təbii ki, bu Zaitsin yox, rəsmi Moskvanın mövqeyidir. Moskva bununla demək istəyir ki, Ermənistan rəhbərliyi özü qərar verəcək, biz onların daxili işinə qarışmaq istəmirik. Bu açıqlamadan eyni zamanda o da diqqətdən qaçmır ki, Moskva Ermənistanda hakimiyyət dəyişikliyinin vacibliyi ilə bağlı hər hansı bir mesaj belə vermir. Çünki Kreml də çox yaxşı anlayır ki, artıq Köçəryanların, Sarkisyanların Ermənistandakı avtoriteti olduqca aşağıdır. Paşinyanı onlarla əvəzləmək istəyi ölkədə daha böyük qarışıqlığa, xaosa gətirib çıxara bilər.

Digər yandan, Ermənistanda müəyyən məbləğ qarşılığında küçələrə çıxanların sayının çoxluq təşkil etməsi bu qarşıdurmanın elə də uzun sürməyəcəyini, kütləvi iğtişaşların baş vermə ehtimalının aşağı olacağını deməyə əsas verir.

Ermənistanda Paşinyan əleyhdarları tərəfindən baş verən bütün bu etiraz aksiyaları böyük oyunun kiçik səhnəsidir. Amma Nikol Paşinyan ona qarşı olan bu oyunu əlini-qolunu yanına sallayıb, izləmək fikrində deyil. Bunun təsdiqi kimi artıq yüzlərlə aksiya iştirakçılarının saxlanılması faktını qeyd edə bilərik. Nəzərə alsaq ki, günlərdir davam edən etirazlara cəmləşən aksiya iştirakçılarının sayı da 20 minin üzərində deyil, o zaman vəziyyətin təhlükəli həddə çatmaq ehtimalının aşağı olduğunu bildirə bilərik.

Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyanın müxalifətin Nikol Paşinyanın istefaya getməsi ilə bağlı iddialarına cavabı da vəziyyətin nəzarətdə olduğundan xəbər verir. Çaxoyan şayiələri təkzib edərək, etiraz aksiyalartına iqtidarın münasibətini bu ifadələrlə edib: "Baş nazirin istefası ilə bağlı yalan xəbər yayanlar öz boyunlarının arxasını görəcəklər, amma onun istefasını görməyəcəklər. Ermənistan vətəndaşları seçimlərini cəmi bir il əvvəl edib. "Artsaxın xilaskarları" İrəvan küçələrində xalqı ruhlandırmaq üçün növbəti yalan xəbəri yayıblar".

Belə aydın olur ki, Paşinyan rejimi hakimiyyət dəyişikliyinə cəhdlərlə barışmaq fikrində deyil. Onlar geri addım ataraq, müxalifət qüvvələrinin aksiyalarına yenilmək barədə düşünmürlər. Bunun üçün heç bir əsas da yoxdur. Çünki Paşinyan yaxşı anlayır ki, bu gün onun Azərbaycanla sülh sazişi imzalamaq yönündə verdiyi qərar tamamilə Ermənistanın gələcəyinə hesablanmış bir addımdır. Erməni baş nazir anlayır ki, postkonflikt reallığı onların qarşısında başqa seçim qoymur. Artıq Qərb də çox açıq şəkildə Bakının təqdim etdiyi 5 maddəlik sülh təklifinin tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığını təsdiqlədiyi üçün İrəvanın manevr imkanı sıfra enir.

Təbii ki, N.Paşinyan da yaxşı anlayır ki, Ermənistan bir dövlət kimi subyektliyini tamamilə itirmək istəmirsə, o zaman Bakı qarşısında götürdüyü öhdəliyi zaman itirmədən yerinə yetirmək istiqamətində əməli-peraktiki addımlar atmalıdır.

Ermənistan Təhlükısizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatları da Paşinyanın ideyalarını birə-bir təşviq edir. Bakıdan Qarabağdakı ermənilərin təhlükəsizliyinə təminat istədiyini açıqlayan Qriqoryan "Qarabağ münaqişəsinin" hələ də qaldığını iddia edib. O, Paşinyanın qeyd etdiyi kimi bir daha bildirib ki, məsələnin həllini ermənilərin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsində görürlər və Azərbaycanla bunu müzakirə edəcəklər.

Göründüyü kimi, masada artıq "statusun" yox, "təhlükəsizliyin təminatı" məsələsinin olduğu gün kimi aydındır. Belə görünür ki, dünənə kimi hər görüşə "status" məsələsini qabardaraq yollanan rəsmi İrəvan artıq inadından geri çəkilməyə başlayıb. "Təhlükəsizliyin təminatı" məsələsinin qabardılması da müvəqqəti xarakter daşıyır. Nəzərə alsaq ki, Ermənistanda Azərbaycanla sülh danışıqlarılna görə Paşinyan əleyhinə eiraz aksiyaları ara vermir, o zaman Qriqoryanın bu açıqlamanı da məhz daxili auditoriyaya ünvanlandığını düşünə bilərik. O, bu yolla narazı kütləni və revanşist qüvvələri sakitləşdirməklə yanaşı, Qarabağ ermənilərini də əmin etməyə çalışır ki, sizin təhlükəsizliyinizə zəmanət verilməyənə kimi Bakı ilə razılığa gəlməyəcəyik.

Amma İrəvan da çox yaxşı bilir ki, rəsmi Bakı əvvəldən ermənilərin təhlükəsizliyi və hüquqlarının təminatına zəmanət verdiyini açıqlayıb. Lakin, bu punktun separatçı-terrorçu rejimə heç bir aidiyyatı yoxdur. Onsuz da Qarabağ ermənilərinə də normal şəraitdə, təhlükəsiz yaşayış daha önəmlidir. Belə vəziyyətdə Bakı buna tam zəmanət verdiyi üçün qalır Ermənistandakı Paşinyan əleyhdarlarının etirazlarının nisbətən yatması və sui-qəsd ehtimalının sıfra enməsi məsələsi. Çox güman ki, bu məsələdə arxayınlıq hiss edən kimi Ermənistan Azərbaycanla delimitasiya və sülh danışıqlarını sürətli şəkildə yoluna qoymağa çalışacaq.

İrəvan növbəti görüşə hazırlaşır

Brüsseldə iki ölkə liderlərinin növbəti görüşü ilə bağlı rəsmi İrəvandan edilən açıqlamalar da deməyə əsas verir ki, Ermənistan hakimiyyəti rəsmi Bakı ilə ikitərəfli görüş tərəfdarıdır və Brüssel görüşünün davamını istəmələri də bunun növbəti təsdiqir. Çünki Ermənistanın tərəfi Azərbaycanın regional təhlükəsizliyə və əməkdaşlığa xidmət edən sülh təklifinə, bütün təşəbbüslərinə qeyri-adekvat davranış sərgiləmək üçün əvvəlki tək zamanı qalmayıb.

Hazırki mitinqlər Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına qarşı yönəlmiş təxribatdan başqa bir şey deyil. Paşinyana bu addımı atacağı təqdirdə hakimiyyətdən gedəcəyi ilə bağlı xəbərdarlıq edən Rusiya və revanşist qüvvələr anlamalıdır ki, bu məkrli hərbi avantüranın nəticələri ağır ola bilər və buna görə də bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Hətta ən pis ssenari kimi bu olsa belə sənədlər yenə qüvvədədir, öhdəliklər icra olunmalıdır. Çünki bu sözdələşmələrdə Ermənistan və Azərbaycandan başqa Rusiya və Qərbin də (Brüssel görüşləri) iştirakı var. Rəsmi Bakı İrəvandakı prosesləri yaxından izləyir və situasiyaya uyğun olaraq adekvat cavab verəcəyini də dövlət başçısı İlham Əliyev istər Ermənistan iqtidarına, istər revanşist qüvvələrə, istərsə də ona havadarlıq edənlərə son açıqlamalarında çox aydın şəkildə bəyan etdi: "İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır. Biz gücümüzü artırmışıq. İlyarım ərzində ordu quruculuğu sahəsində çox böyük işlər görüldü. Bu işlərin bir hissəsi ictimaiyyətə təqdim edildi, bir hissəsi, əlbəttə ki, təqdim edilə bilməz. Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər".

milli.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man