Hindistanlı motorikşa (bu nəqliyyat vasitəsinin texniki adı triskldir, Asiyada tuk-tuk deyilir) 45 dərəcəyə çatan istidə sərnişinləri qorumağın asan və təbii yolunu tapıb.
Avtosfer.az.ın Frans-Presə istinadla xəbərinə görə, o, nəqliyyat vasitəsini damına torpaq tökərək müxtəlif bitkilər əkib. Bu da qızmar günəş şüalarını salona keçməyə qoymur. Bitkilər yol kənarlarından toplanaraq əkilib, toxumları isə dost-tanış pulsuz verib.
Sərnişinlər də bu üsuldan razıdır.
Video yayıldıqdan sonra hindistanlı sürücü Avropada, daha doğrusu avropalı ekoloqlar və təbiətsevərlər arasında məşhurlaşıb.
Vüqar
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man