İdmançılar niyə məşq zamanı ölür? - Kardioloqdan açıqlama

Gündəm 07 May 2022 | 16:59
OXUNUB: 1445

Son dövrlər idmançılar arasında ürəktutmasından vəfat edənlər çoxalıb. Məsələ ilə bağlı Trend-ə açıqlama verən Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov bildirib ki, ürəktutmadan vəfat edən idmançıların bir hissəsi məşqlər zamanı dünyada istifadəsi qadağan olunmuş vasitələrdən istifadə edir. Onun sözlərinə görə, bəzi idmançılar dopinq, steroid və. s kimi hormon dərmanlarından istifadə edirlər: "Bu da həmin isanlarda infarkt, tromblaşma, qaraciyər çatışmazlığı, beyin qanamasına səbəb olur. İdmançılara zülallardan və amin turşularından istifadə etmək tövsiyə olunur. Bunların xaricində əzələ kütləsini artıran "anabolic steroid" adlı maddələrdən istifadə etmək olmaz. Bunlar təkcə bədənimizdəki əzələləri artırmır, eyni zamanda ürək əzələlərini də qalınlaşdırır ki, bu da ürəkdə aritmiyalara və ürək xəstəliklərinə səbəb olur. Buna görə də idmançılara tövsiyəmiz odur ki, qadağan olunmuş qidalardan istifadə etməsinlər",- deyə Ü. Rəhimov bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man