İmişlidə mikroavtobusla minik maşını toqquşub, 3 nəfər xəsarət alıb - FOTO

Yol qəzaları 07 May 2022 | 10:59
OXUNUB: 1552

İmişlidə yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun İmişli rayonunun Xəlifəli kəndindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı mikroavtobusun “Mercedes” markalı minik maşını ilə toqquşması nəticəsində Beyləqan sakinləri, 1994-cü il təvəllüdlü Quluzadə Allahverdi Mübariz oğlu, 1987-ci il təvəllüdlü Quliyev Rafət İlqar oğlu və Sabirabad rayonunun Qalaqayın kənd sakinləri, 1993-cü il təvəllüdlü Qurbanov Akif Musa oğlu, 1993-cü il təvəllüdlü Məmmədov Elşən Mehman oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

İmişlidə mikroavtobusla minik maşını toqquşub, 3 nəfər xəsarət alıb - FOTO İmişlidə mikroavtobusla minik maşını toqquşub, 3 nəfər xəsarət alıb - FOTO

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man