ABŞ Konqresində Türkiyəyə F-16 qırıcılarının satışına dair müsbət irəliləyiş

07 May 2022 | 11:59
OXUNUB: 803

ABŞ Konqresinin bir çox üzvünün Türkiyəyə F-16 qırıcılarının satışına yaşıl işıq yandırdığı bildirilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

ABŞ-da müdafiə sahəsində önəmli media orqanlarından biri olan "Defence News"da yer alan xəbərə görə, Türkiyənin xüsusilə (24 fevraldan bəri davam edən) Ukrayna müharibəsində "Bayraktar TB-2" pilotsuz uçuş aparatları və Rusiya ilə yürütdüyü diplomatiya ilə izlədiyi yol ABŞ Konqresdə müsbət imici yaradıb.

Türkiyənin son dövrdə oynadığı bu rolun Ankaraya mümkün F-16 satışı ilə bağlı Konqresdə mümkün etirazları azaltdığı vurğulanan xəbərdə Konqresdəki nüfuzlu şəxslərin də fikirləri yer alıb.

Prezident Co Bayden administrasiyasının Türkiyəyə F-16 satışının NATO və ABŞ-ın təhlükəsizlik maraqlarına xidmət edəcəyinə dair fikir ifadə etdiyinə diqqət çəkən Konqres üzvləri F-16 satışının Türkiyənin Ukraynaya dəstəyini davam etməsində də təsirli ola biləcəyini ifadə ediblər.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Qreqori Miks "Rusiyaya qarşı bizimlə hərəkət edən Türkiyə və digər ölkələrlə danışmağa və birlikdə işləməyə ehtiyacımız var. Türkiyə düzgün istiqamətdə bəzi addımlar atıb. Baxmayaraq ki, bu məsələdə bəzi şeylər bizi narahat edir, Türkiyə ilə işləməyimiz lazım olan sahələr var” ifadəsini işlədib.

Digər tərəfdən, Türkiyənin F-35 proqramından çıxarılması üçün böyük səylər göstərən bir çox konqres üzvü də F-16 qırıcılarının Türkiyəyə satışına etiraz etməyəcəklərinin siqnalını verib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Adam Smit isə “Türkiyə ilə əlaqələrə ehtiyacımız var, bu əlaqələri yenidən qurmaq üçün bir yol tapmalıyıq” deyib.

Smit qeyd edib ki, Bayden Türkiyə ilə münasibətləri balansda saxlamaq üçün çalışır:

“Bu tarazlığı saxlamaq çətin ola bilər, çünki S-400 (havadan müdafiə sistemi) məsələsi (Türkiyənin Rusiyadan aldığı) əlaqələrimizi çətinləşdirib, digər tərəfdən bu münasibətdən vaz keçə bilmərik”.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Respublikaçıların lideri Mayk Makkolun ofisindən mövzuya dair "Defense News"ə verilən açıqlamada isə, "Öz torpaqlarını müdafiə edən Ukraynaya dəstək mövzusunda Türkiyənin NATO müttəfiqləri ilə yan-yana durmağa davam etməsini gözləyirik" ifadəsi yer alıb.

Ukraynadakı müharibənin hələ bitmədiyinə diqqət çəkilən açıqlamada "Bayden rəhbərliyinin bu satış üçün Konqresin səlahiyyətinə müraciət etməsini gözləyirik. Türkiyə hələ də Ukraynadakı münaqişədə konstruktiv rol oynayır" deyilib.

sia.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man