Salyan rayonunun Çuxanlı kəndində ümumi sahəsi 18 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki mallar 10 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Beyləqan şəhərində isə "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları və qismən arxa buferi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man