Qayınatası tərəfindən üzünə “kislota” töküldüyü deyilən qadın öldü - VİDEO

06 May 2022 | 20:52
OXUNUB: 1703

Azərbaycanda qayınatası tərəfindən üzünə “yandırıcı məhlul” tökülərək ağır xəsarətlər yetirildiyi deyilən qadın ölüb.

“Qafqazinfo” xəbər verir ki, Telnaz adlı qadın yaşadığı Salyan rayonunun Xələc kəndində dəfn edilib. Bununla bağlı məlumat ARB telekanalında yayımlanan “Elgizlə izlə” verilişində verilib. 

Telnazın vəfatından sonra atası Məhəmməd onun əri və qohumlarının gəlib başsağlığı vermədiyini bildirib. Mərhumun anası isə Telnazın son nəfəsində ailəsi ilə bağlı danışdığını deyib: "Dedi ay ana, apar məni, evdə ölüm. Sonra dedi ki, ay Qalib, mənim axırıma çıxdın..." 

Həmçinin oxuyun: Gəlinin üzərinə “kislota” tökən qayınata ilə bağlı araşdırma başladı  

Xatırladaq ki, Telnaz bir neçə gün əvvəl sözügedən verilişə xərəkdə çıxarılmışdı. Valideynləri onun üzərinə qayınatası tərəfindən "kislota" tökülərək yandırıldığını və müalicə edilmədiyini iddia edirdilər. Onların sözlərinə görə, hadisədən sonra həyat yoldaşı Telnazı ataraq digər qadınla ailə həyatı da qurub.

Amma digər iddialara əsasən, Telnaz dəri xəstəliyindən əziyyət çəkib, sadəcə 5 ay evdə saxlanılıb və müalicə olunmadığı üçün vəziyyəti ağırlaşıb.

Xatırladaq ki, məlumat ictimailəşdiyi gün Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən saytımıza bildirilmişdi ki, məsələ nəzarətə götürülüb və araşdırma aparılır.

 

 



Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man