Mayın 6-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq Dövlət Gömrük Komitəsinin əməkdaşları, DGK Akademiyasının tələbələri, “Könüllü gömrükçü” dəstəsinin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Avtosfer.az xəbər verir ki, gömrükçülərə geniş məlumat verilərək bildirilib ki, Mərkəzin fəaliyyəti ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, onun irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.
Gömrükçülər Heydər Əliyev Muzeyində Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olublar.
Ulu öndərin zəngin irsindən bəhrələnmək imkanı yaradan ziyarət çərçivəsində gənclər, həmçinin “Musiqi alətləri: birlik və müxtəliflik”, “Klassik avtomobil” sərgilərini də yaxından görmək imkanı əldə ediblər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man