Yol qəzalarından qalan “xatirələr” - Dəmir arakəsmələr niyə düzəldilmir? - AÇIQLAMA

06 May 2022 | 18:04
OXUNUB: 1458

Bakı kənar dairəvi yolda dəmir arakəsmələr bərbad gündədir.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, yol boyu müəyyən məsafələrdə bir neçə yerdə dəmir arakəsmələr yararsız hala düşüb. Aydın məsələdir ki, buna səbəb yol-nəqliyyat hadisələridir.

Lakin, aradan uzun zaman keçməsinə baxmayaraq, həmin arakəsmələr bərpa edilməyib. Sosial şəbəkə istifadəçiləri məsələyə laqeyd yanaşmanı qınayıb. 

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verəndə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sözügedən məsələ artıq rəhbərlik tərəfindən nəzarətə götürülüb:

“Aidiyyəti şöbəyə məsələ ilə əlaqədar zəruri tapşırıqlar verilib. Yaxın günlərdə problem tam olaraq aradan qaldırılacaq”.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man