Hacıqabulda mağazadan oğurluq edilib

06 May 2022 | 11:18
OXUNUB: 424

Hacıqabulda mağazadan oğurluq edilib.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinə Muğan qəsəbəsindəki mağazaların birindən 5000 manat pul və 500 manat dəyərində ərzaq məhsullarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif Qəniyev və Gəncə şəhər sakini Hüseyn Nəcəfov müəyyən edilərək saxlanılmışlar. Şəxsi axtarış zamanı V.Qəniyevdən metamfetamin aşkar edilərək götürülüb.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların birlikdə aprelin 15-də saat 4 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsindən S.Zeynalova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaları, V.Qəniyevin isə Zabrat qəsəbəsi ərazisində marşrut avtobusunda qəsəbə sakini G.Ağayevanın cibindən 200 manat pul və mobil telefon, bir evdən 1000 manat dəyərində noutbuk və ərzaq məhsulları, digər evdən isə 510 manat dəyərində təmir-tikinti alətləri və elektrik naqili oğurlaması da müəyyən olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man