Rusiyanın Ukraynada son sutkadakı itkiləri AÇIQLANDI

26 Mart 2022 | 12:03
OXUNUB: 957
Ukrayna ordusu ötən sutka ərzində 170-ə yaxın Rusiya hərbçisini məhv edib.

Sfera.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının martın 26-na olan əməliyyat məlumatında deyilir.

Qeyd olunub ki, son sutka ərzində Rusiyanın 8 tankı, 17 zirehli texnikası və 11 avtomobil texnikası məhv edilib. Hava hücumundan müdafiə bölmələri 3 Rusiya təyyarəsini və 3 PUA vurub.

Baş Qərargahdan bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qruplaşması ötən sutka ərzində düşmənin 12 hava hədəfini (3 təyyarə, 3 PUA, 1 helikopter və 5 qanadlı raket) məhv edib. "Silahlı Qüvvələrin zərbə aviasiyası qırıcıların müşayiəti altında Rusiya qoşunlarının texnika kolonlarına və toplaşmış canlı qüvvəsinə raket və bomba zərbələri endirib”, - məlumatda deyilir.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man