Keçmiş "Dəyirman" qrupunun üzvü ABD Malik (Malik Kələntərli) yeni motosiklet alıb.
Sənətçi Bizim.Media-nın əməkdaşı ilə söhbətində aldığı retro tərzli motosikletindən söz açıb.
Malik bildirib ki, əldə etdiyi bu nəqliyyat vasitəsi həm tıxaclardan, həm də benzin sərfiyyatından çox əlverişlidir.
"Aldığım motosiklet 2022-ci ilindir. "CityCoco" markasının "Herley" model motosiklet benzinlə deyil, elektriklə çalışır. Mobil telefon kimi onu da çox rahat şəkildə evdə "zaryadka"ya qoya bilirəm. Yəni, batareykasını çıxarıb cərəyana taxıram. 5 saata 0%-100% kimi tam enerji toplayır.
Bu prototip motosikleti 3500 manata almışam. Tıxaclarda da bundan sonra vaxt itirməyəcəyəm. Bütün dünyanın inkişaf etmiş ölkələrində insanlar daha çox elektrik nəqliyyat vasitəsinə üstünlük verir. Bu həm təbiətə ziyan vurmur, həm komfortludur, həm də cibə qanaətdir.
Sənətçi "Dəyirman" qrupunun üzvlərinin tez-tez dilə gətirdiyi sözləri isə motosikletinin üstünə vurduğunu bildirib.
Rəşad Əliyev, Bizim.Media
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man