Prezident İlham Əliyev iştirakı ilə aprelin 28-də istismara verilmiş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus "Ro-Pax" tipli “Zərifə Əliyeva” gəmi-bərəsi bu gün ilk səfərinə çıxıb.
Avtosfer.az xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Məkumata görə, gəminin ilk səfəri Qazaxıstanın Kurık limanına olub.
Daimi heyəti 30 nəfərdən ibarət unikal gəminin uzunluğu 154,5 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.
“Zərifə Əliyeva” gəmi-bərəsinin “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcəyi proqnozlaşdırılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man