ABŞ kəşfiyyatından şok iddia: “Rusiyanın Ukraynaya atdığı yüksək dəqiqlikli raketlərin 60 faizi..."

25 Mart 2022 | 10:15
OXUNUB: 3602
Rusiyanın Ukraynada tətbiq etdiyi yüksək dəqiqlikli raketlərin 60 faizə yaxını hədəfə çatmır. virtualaz.org xəbər verir ki, bu haqda Birləşmiş Ştatlar rəsmiləri kəşfiyyat məlumatları əsasında "Reuters” agentliyinə danışıblar.

Üç amerikalı rəsmi bildirib ki, Birləşmiş Ştatlar kəşfiyyatının dəyərləndirmələrinə əsasən Rusiyanın yüksək dəqiqlikli raketlərinin hədəfdən yayınması səviyyəsi gündən-günə dəyişir. Bu, buraxılan raketlərin tipindən asılıdır və bəzən hədəfdən yayınma 50 faizdən çox olur. İki mənbə isə Rusiyanın "yüksək dəqiqlikli” raketlərinin 60 faizə yaxınının hədəfdən yayındığını deyib.

Mənbələrdən birinin sözlərinə görə, kəşfiyyat hesab edir ki, günlərdən asılı olaraq Rusiyanın "hava-yer” tipli qanadlı raketlərinin hədəfdən yayınması 20 faizdən 60 faizə qədər ola bilər. Raketlər üzrə iki ekspert isə agentliyə bildirib ki, istənilən raketin hədəfdən yayınması 20 faizi keçirsə bu artıq yüksək göstəricidir. Əgər söhbət yüksək dəqiqlikli raketlərdən gedirsə ümumiyyətlə həmin raketlərin yüksək dəqiqliyə malik olması haqda danışmağa dəyməz.

ABŞ rəsmiləri Rusiyanın "yüksək dəqiqlikli” raketlərinin hədəfdən yayınma səviyyəsinin niyə bu cür yüksək olduğunu açıqlamayıblar. Jurnalistlər qeyd edirlər ki, hədəfdən bu cür yüksək səviyyədə yayınma raketlərin uçmaqdan "imtina etməsi”, yəni uğursuz startdan tutmuş onların hədəfə çatıb partlamamasına qədər müxtəlif səbəblərlə bağlı ola bilər.

Bundan əvvəl Pentaqon bildirmişdi ki, Rusiya Ukraynaya bir aya yaxın müddət ərzində 1100-dən çox raket buraxıb.

Rusiya Ukraynaya qarşı "İsgəndər-M” operativ-taktiki raketlərindən, X-55 və X-555 tipli qanadlı raketlərdən, "Kalibr” qanadlı raketlərindən geniş istifadə edib. Bir neçə dəfə isə "Kinjal” hipersəs sürətli "hava-yer” raketi tətbiq edilib. /virtualaz.org
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man