Həbs edilən sabiq polis mayoru azadlığa buraxıldı

24 Mart 2022 | 12:19
OXUNUB: 1307
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən sabiq polis mayoru Tural Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sfera.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən T. Mahmudov barəsində 1 il 4 ay 18 gün müddətinə (azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Həmçinin təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri ləğv edilərək barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs əvvəllər rayon polis şöbələrindən birində narkotiklərlə mübarizə bölməsində əməliyyat müvəkkili kimi çalışıb. 2018-ci ildə isə öz ərizəsi ilə daxili işlər orqanlarından xaric edilib.

O, 25 may 2021-ci ildə məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində saxladığı şəxsi istehlak miqdarından artıq qram psixotrop maddə metamfetamini üçüncü ünvana daşıyarkən Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

T. Mahmudov barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddəsi ilə cinayət işi başlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib./APA/
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man