İmişlidə mağaza və ödəmə terminalından oğurluq edilib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, İmişli Rayon Polis Şöbəsinə mayın 2-nə keçən gecə Çaxırlı kəndindəki mağazaların birindən 650 manat pul, orada quraşdırılmış “MilliÖn” ödəmə terminalından isə 4000 manatın oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nahid Süleymanov müəyyən edilərək saxlanılıb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Bərdə rayonunun Kələntərli kəndinin ərazisindəki daha bir mağazadan 150 manat pul, 200 manat dəyərində tütün məmulatı, videomüşahidə kamerasının yaddaş qurğusu və orada quraşdırılmış “E-Manat” ödəmə terminalından 1611 manat pul, Ağsu şəhəri ərazisindəki digər bir mağazadan 100 manat pul, 2700 manat dəyərində tütün məmulatı, noutbuk, orada quraşdırılmış “E Manat” terminalından 2418 manat pul, Muradlı kəndindəki digər mağazadan isə 80 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən edilib.
Araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man