Ermənistanın paytaxtı İrəvanda müxalifət tərəfdarları bu səhər saatlarında Kiyev körpüsünü bağlayıblar.
Avtosfer.az xəbər verir ki, aksiya iştirakçıları ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etmək məqsədilə toplaşıblar.
İştirakçılar əraziyə bir neçə betonqarışdıran maşın və yük avtomobilləri gətirərək körpünü bağlayıblar.
Hazırda körpüdə hərəkət dayanıb, polislər maşınları yolun hərəkət hissəsindən kənara çəkməyə çalışırlar.
Bununla yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarını saxlamağa başlayıb.
Xatırladaq ki, Ermənistan müxalifəti aprelin 25-dən Paşinyana qarşı aksiyalar təşkil edir.
“Qafqazinfo”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man