Ukraynanın Roven vilayətində Kiyev-Çop şosesində ağır yol qəzasının baş verdiyi yerdə 27 nəfərin meyiti tapılıb.
Bu barədə Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Qeraşenko bildirib.
“Roven vilayətində mikroavtobus, yanacaq daşıyan maşın və sərnişin avtobusunun toqquşduğu dəhşətli qəzada müstəntiqlər 27 nəfərin meyitini aşkarlayıb. Avtobusda olan 38 sərnişindən yalnız 12-si sağ qalıb. Yanacaq daşıyan maşının sürücüsü sağ qalıb, lakin vəziyyəti ağırdır”, - Qeraşenko çərşənbə axşamı teleqram kanalında yazıb.
01:29
Ukraynada yanacaq daşıyan yük maşını, avtobus və minik avtomobilinin toqquşması nəticəsində 16 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.
Hadisə Rovno vilayətinin Dubenski rayonunun Sıtnoye kəndi yaxınlığında Kiyev-Çop magistralında baş verib.
Qəza zamanı avtomobillər yanıb.
İnsidentin baş verdiyi yolda nəqliyyatın hərəkəti dayandırılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man