Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Yol qəzaları 04 May 2022 | 10:00
OXUNUB: 1078

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 3-ü saat 21:30 radələrində rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Rəşid Mürsəlov idarə etdiyi “Mercedes” markalı avtomobillə Sumqayıt istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada – 1976-cı il təvəllüdlü Yadigar Əmiraslanovu vurub. Xəstəxanaya aparılan piyada orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man