Oğuzda qadın sürücünün törətdiyi qəzada xəsarət alanların kimliyi məlum olub.
"Report"un məlumatına görə, qəza nəticəsində xəsarət alanlar "KİA" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Türkan Akif qızı Həsənli və sərnişin, 1989-cu il təvəllüdlü Emin Zakir oğlu Arzumanlıdır.
Yaralıların hər ikisi Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bucaq kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “99-BG-907” dövlət qeydiyyat nişanlı KİA markalı avtomobil idarəetmədən çıxaraq bir neçə metr hündürlükdən yol kənarına aşıb. Nəticədə sürücü və onun sərnişini müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man