Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq metal tullantılar toplayan şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Ağdam RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının birgə keçirdikləri tədbirlər nəticəsində Təzəkənd kəndi ərazisində nəzarət postunda Misir Alıyev, Şahmar Allahverdiyev, Pərviz Məmmədov və Ravel Süleymanovun idarələrində olan “Shacman” markalı yük avtomobili saxlanılıb.
Avtomobilin yük yerinə baxış keçirilən zaman işğaldan azad edilmiş ərazilərdən qanunsuz olaraq topladıqları metal tullantılar aşkar edilib.
Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man