"Hyundai i30 N" hetçbekinin ilk xüsusi versiyası peyda olub

03 May 2022 | 17:40
OXUNUB: 1875

Yenilənmiş “qaynar” Hyundai i30 N hetçbekinin ilk xüsusi versiyası peyda olub. Drive-N xəttindən olan beşqapılı hetçbek qapıların aşağı hissəsindəki xüsusi stikerlər, 19-düymlük bürünc rəngli təkər diskləri, xüsusi dekor və maksimal opsiyalar dəsti ilə seçiləcəkdir. Yeniliyin əsas bazarı Avropadır: burada məhdud saylı seriydan olan 620 hot-hetç satılacaqdır. Qalan Hyundai i30 N Drive-N Limited Edition modelləri Avstraliyaya göndərilcəklər.

Drive-N seriyasından olan Hyundai i30 N modelinin alıcıları fastbək kuzovunu seçə bilməyəcəklər - xüsusi nəşr yalnız hetçbek kuzovu ilə təklif ediləcəkdir. Yalnız iki kuzov rəngi mövcuddur: qara metallik Phantom Black və ağ mirvari Serenity White Pearl. Xüsusi seriyadan olan hot-hetçləri bürünc rəngli disklər, qapılar və ön qanadlardak stikerlər sayəsində tanımaq olar.

Bütün xüsusi i30 N modellərinin salonu alkantara ilə üzlənib, burada yeni naxışları olan oturacaqlar, qırmızı təhlükəsizlik kəmərləri, parlaq tikişlər və eksklüziv ayaqaltılar var. USB konnektorlarının yanında xüsusi versiyanın adı və avtomobilin seriya nömrəsi olan lövhə gizlədilib. Panoram damdan imtina etmək mümkün deyil, standart olaraq Performance paketinin avadanlığı da əlçatandır.

Texniki hissə standartdır: kapotun altında alternativi olmayan 280 at qüvvəsi və 392 Nm fırlanma anı hasil edən 2.0 T-GDi turbomühərrik yerləşir. Güc aqreqatı 6-pilləli mexaniki ötürmələr qutusu və ya 8-pilləli preselektiv “robotu” ilə təchiz edilə bilər. Ötürmə - ön oxadır. İkipedallı Hyundai i30 N modelində NGS rejimi saxlanacaqdır.

Hyundai i30 N Drive-N Limites Edition modelinin istehsalına artıq başlanılıb, qiymətlər hələlik açıqlanmayıb, lakin brendin Avstraliyadakı törəmə şirkəti əlavə ödənişin hazırkı i30 N Premium top versiyası ilə müqayisədə cüzi olacağını təsdiqləyib.

autograph.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man