ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) ən güclü Genesis G90 sedanının xüsusiyyətlərini açıqlayıb. Sedanın 48 voltluq e-S/C elektrik kompressorlu “mülayim” hibrid versiyası 425 at qüvvəsinə malik olacaqdır. 5,3-metrlik tamötürməli nümayəndəlik sedanı 100 kilometrə 11,7 litr benzin sərf edəcəkdir. Maraqlıdır ki, G90 hibridi bu modelin 380 at qüvvəli baza versiyasından daha “iştahlı” alınıb.
Yeni Genesis G90 sedanı altı ay bundan əvvəl debüt edib. Təqdimat zamanı, yalnız 3,5-litrlik V6 T-GDI (380 at qüvvəsi, 530 Nm) mühərriki ilə təchiz edilmiş yeganə modifikasiyanın xüsusiyyətləri açıqlanıb. EPA ölçmələri belə sedanın qarışıq rejimdə 100 kilometrə 11,2 litr benzin sərf etdiyini göstərib.
“Mülayim” hibridə gəlincə, yüksək yanacaq sərfiyyatı əlavə 45 at qüvvəsi, artmış çəki və hibrid sistemin iş alqoritmi ilə izah edilə bilər. Maraqlıdır ki, elektrik üfürməsinə malik olan Genesis G90 modeli Koreya spesifikasiyasında bir qədər zəif olacaqdır - sertifikatlaşdırma sənədlərində cəmi 415 at qüvvəsi göstərilir.
ABŞ-da ümumi uzunluğu demək olar ki, 5,5 metrə çatan Genesis G90 limuzinini satmağı planlaşdırmırlar, buna görə də bütün xüsusiyyətlər adi versiyaya aiddir. ABŞ bazarında satılacaq bütün yeni nümayəndəlik sedanları 8 pilləli “avtomata”, tam ötürmə sisteminə, pnevmatik asqıya və tam idarəolunan şassiyə malik olacaqlar.
autograph.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man