Mercedes-AMG bölməsi 5 may tarixində naməlum qeyri-adi avtomobili təqdim etməyə hazırlaşır. Bu avtomobil will.i.am təxəllüsü ilə məşhur olan reper Uilyam Adamsın iştirakı ilə hazırlanıb. Avtomobilin dərc olunmuş ilk tizerləri çox maraq oyandırandırandırlar.
Avtomobil yan tərəfdən uzun kapotu və rəvan şəkildə arxa tərəfə alçalan dam xətti olan klassik kupe kimi görünür. Bununla belə, ön tərəfin brutal Mercedes-AMG G 63 ofrouderindən ilham alınaraq yaradıldığı diqqəti çəkir. Belə birləşmənin gözlənilməyən olduğunu desək, yanılmarıq.
Çox güman ki, bu konseptdir, lakin böyük ehtimalla, söhbət yeganə nüsxədə inşa olunmuş avtomobildən gedir. Alman markasının idman bölməsinin sosial şəbəkələrdə yazdığına görə, debütant alman markasının tarixi irsindən ilham alınaraq yaradılıb, bu günün innovasiyalarında istifadə olunaraq inşa edilib və gələcəyə istiqamətlənib.
Mercedes-AMG bölməsinin keçən il özünün ilk hibridini - GT 63 S E Performance liftbekini təqdim etdiyini və Uilyam Adamsın brendin elektrikləşdirilmiş modellərin səfiri olduğunu nəzərə alsaq, naməlum kupenin “yaşıl” güc qurğusu ilə təchiz ediləcəyini gözləmək gərəkdir. İstehsalçı bu layihənin artist ilə əməkdaşlığı yeni səviyyəyə çatdıracağını bildirib.
Reperin bəyanatına gəldikdə isə, o, guya Mercedes-AMG üçün avtomobili təkbaşına yaratdığını söyləyib. Açığını desək, bu heç də real görünmür. Reperin sözlərinə görə, bu təşəbbüs məktəblilər üçün nəzərdə tutulmuş mühəndislik proqramlarını maliyyələşdirməyə yardım edəcəkdir. Buradan sportkarın hərracda satılacağını və əldə edilən vəsaitin xeyriyyə məqsədlərinə yönəldiləcəyini söyləmək olar.
autograph.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man