"Audi" və "Porsche" markalarının Formula 1 çempionatına gəlişi təsdiqlənib

03 May 2022 | 15:59
OXUNUB: 1228

Volkswagen qrupunun rəhbəri Herbert Diss Audi və Porsche markalarının Formula 1çempionatına gələcəklərini təsdiqləyib. Top-menecer alman markalarının rolu haqqında təfərrüatları açılamasa da, Porsche markasının müzakirə prosesindəki iştirakının “daha ​​konkret olduğunu” bildirib.

Qeyri-rəsmi məlumatlara görə, Audi və Porsche 2026-cı ildə mühərrik təchizatçısı kimi Formula 1-ə gələcəklər. Porsche şirkəti Red Bull Racing ilə əməkdaşlıq edəcək, Audi şirkətinin isə, McLaren komandasını güc qurğuları ilə təchiz edə biləcəyi ehtimal olunur.

Artıq bir neçə aydır ki, Audi və Porsche markalarının Formula 1-ə gəlişi ilə bağlı şayiələr dolaşır və görünən odur ki, yeni mühərrik reqlamentinin detalları Volkswagen konserni tam qane edir. Bu isə, Formula 1 çempionatında iştirakla bağlı fundamental qərarın qəbul edildiyinə işarədir.

Audi markasının 2026-cı ilin çempionatda mümkün iştirak alman istehsalçısı üçün debüt olacaqdır. Porsche markasına gəldikdə isə, Zuffenhauzen istehsalçısı artıq 1980-ci illərin ortalarında və 1990-cı illərin əvvəllərində McLaren və Footwork komandalarının mühərrik təchizatçısı olub.

İnsayderlər Audi şirkətinin Formula1çempionatında daha geniş şəkildə iştirak etməkdə maraqlı olduğunu bildiriblər, odur ki, mühərrik təchizatçısı rolu onlara uyğun gəlməyəcəkdir. McLaren komandasının inqolştadtlılar tərəfindən satın alınması versiyası fəal şəkildə müzakirə olunurdu, hətta Alfa Romeo (keçmiş Sauber) komandasının alınması və ya Aston Martin ilə daha sıx əməkdaşlıq haqqında şayiələr yayılmışdı. Herbert Diess bugünkü çıxışında hazırkı Formula 1 komandalarından heç birinin adını çəkməyib.

Hazırda Formula1-də cəmi üç mühərrik təchizatçısı var - Ferrari, Renault (Alpine) və Mercedes-AMG. Red Bull komandalarında vəziyyət başqadır - həm Scuderia Alfa Tauri, həm də Red Bull Racing Red Bull Powertrains brendi altında təkmilləşdirilmiş Honda mühərrikindən istifadə edirlər. 2026-cı ildə Volkswagen qrupunun gəlişi avtomobil istehsalçıları üçün Formula 1 çempionatının cəlbediciliyini artırmalıdır.

autograph.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man