Çinli bəyəndiyi maşını oğurlamaq üçün avtomobil zavodunda işə düzəlib

03 May 2022 | 10:44
OXUNUB: 1443

Çində 31 yaşlı Tszin Mou “BYD Qin” hibrid avtomobilinə olan həvəsinə görə həbsxanaya düşüb.

Çanşa şəhər Yuyxua dairə məhkəməsinin yeni dərc edilən sənədlərinə görə, o, “BYD Qin” markalı avtomobili o qədər bəyənib ki, maşını istehsal edən fabrikdə işə düzəlib və həmin avtomobillərdən birini oğurlamağa qərar verib.

İşə düzəldikdən iki ay sonra Mou hazır məhsulun anbara daxil olması fürsətindən istifadə edib və yeni avtomobili oğurlamaq istəyib. Lakin avtomobilin sənədləri olmadığı üçün çinli ərazini tərk edə bilməyib.

Nəticədə avtomobili ilkin yerinə qaytarmaq lazım gəlib.

Bir qədər sonra Tszin eyni avtomobili oğurlamağa ikinci dəfə cəhd edib. O, fabrikin ərazisində müvəqqəti hasar taparaq onu dağıdıb və sevimli avtomobili ilə müəssisəni tərk edib. Oğru GPS sistemini söndürərək yol hərəkəti qaydalarını pozmamağa çalışıb. Lakin ertəsi gün o, polis tərəfindən saxlanılıb.

Mou cərimə olunaraq həbs cəzasına məhkum edilib.

oxu.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man