Şəkidə avtomobil çaya aşıb, xəsarət alanlar var - FOTO

Yol qəzaları 03 May 2022 | 10:14
OXUNUB: 1410

Şəki şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə gecə saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndindən keçən hissəsində qeydə alınıb.

Şəki sakini, 1985-ci il təvəllüdlü Ruslan Zeynalovun idarə etdiyi 90-OT-023 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobil idarəetmədən çıxaraq körpüdən çaya düşüb. Əraziyə avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü və daha bir nəfər sərnişini xilas etmək üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qəza Xilasedici dəstəsi cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfər çıxarılaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralıların hər ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

"Report"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man