Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən avtomobil yol- nəqliyyatı hadisəsi törədib. Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb.
İşıqforla tənzimlənən yol kəsişməsində Ramil Əsgərov idarə etdiyi “Mersedes” markalı avtomobillə Azadlıq prospektində hərəkətdə olan zaman “Daewoo” markalı minik avtomobilin sürücüsü Salatın Əsgərova küçəsində işıqforun qırmızı işığın tələbini pozaraq hərəkətə davam edib. Nəticədə avtomobillər toqquşub. Bunu APA-ya R.Əsgərov bildirib.
Qəza nəticəsində “Daewoo” aşaraq əvvəlcə işıqforu sonra isə yol kənarındakı dəmir arakəsməni sıradan çıxardıb. Hər 2 avtomobilin sürücüsü və “Daewoo”da olan 2 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Xəsarəti ağır olan 2 nəfər təcili yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Avtomobillər cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man