Sumqayıtda sərnişin avtobus sürücüsünü belə döydü - VİDEO

02 May 2022 | 21:54
OXUNUB: 1371

Sumqayıt şəhərində 7 nömrəli marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti göstərən avtobusun sürücüsünə hücum edilib. Avtosfer.az-ın məlumatına görə, sərnişin avtobusu saxlamadığı üçün sürücüyə öz etirazanı bildirib. Sürücü isə ona avtobusu yalnız dayanacaqda saxlayacağını deyib. Bu zaman sərnişin sürücüyə avtobusun pəncərəsindən hücum edib. Nəticədə avtobusun sürücüsü xəsarət alıb. Hadisə şəhərin 7 nömrəli marşrurt xəttində baş verib. Sürücü Məhəbbəs İsmalov deyir ki, onlar tapşırığa əsasən sərnişinləri yalnız dayancaqda düşürə və ya mindirə bilərlər. Məlum hadisə də elə buna görə olub. Baş verənlər avtobusdakı kamera vasitəsilə lentə alınıb. Sürücü deyir ki, o, sadəcə öz vəzifə borcunu yerinə yetirib və hüquq- mühafizə orqanlarından məsələyə düzgün hüquqi qiymət verilməsini istəyir. Baş vermiş hadisə ilə bağlı artıq polisə məlumat verilib. Sumqayıt şəhər Polis İdarəsindən bidlirildi ki, həmin sərnişinin şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı 4-cü polis bölməsində araşdırlmalara başlanılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man