Bakıda “parkovşik”lər bu yola da əl atdı; yeri 2 manata satdılar – VİDEO

02 May 2022 | 20:22
OXUNUB: 1957

Bakıda parkovşiklər indi də qeyri-adi üsullara əl atmağa başlayıblar. Onlar küçələrdə adi geyim formasında dayanıb pul qazanırlar. Görüntülərdən biri Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, "Tarqovı" kimi tanınan ərazidə - "İSR Plaza"-nın qarşısında adi geyim formasında olan bir nəfər yolun soluna tumbalar qoyaram yeri zəbt edib. Bir qədər sonra həmin küçədən keçən sürücülərdən biri harada maşın saxlamaq olar deyə sual verdikdə həmin şəxs dərhal yaxınlaşıb nə qədər dayanacağını soruşur. Sürücü “yarım saata gəlirəm” dedikdə, həmin şəxs “2 manat verərsənsə burda saxla” deyir. Sürücü razılıq verir və həmin şəxs tumbaları kənara çəkərək maşının orada park edilməsinə şərait yaradır.

Görüntüləri təqdim edirik:

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man