Tata 500 kilometrlik yürüş ehtiyatı olan elektrokarı nümayiş etdirib

02 May 2022 | 17:20
OXUNUB: 1188

Hindistanın Tata Motors şirkəti Mumbayda yeni üçüncü nəsil Gen-3 platformasında qurulmuş Avinya konseptini təqdim edib. Daxili yanma mühərrikinin quraşdırılmasını nəzərdə tutan Gen-2 platformasından fərqli olaraq, bu platforma məhz elektromobillər üçün yaradılmışdır və salonda maksimal məkanı təmin etmək üçün istiqamətləndirilmişdir.

Şou avtomobili uzun təkər bazasını və qısa kuzov çıxıntılarını, taybatay açılan qapıları, müasir elektronika dəstini və ən azı 500 kilometr yürüş ehtiyatını təmin edən sürətli doldurulan batareyanı alıb.

“Autocar India” nəşrinin bildirdiyinə görə, Tata şirkəti Avinya adını sanskritdən götürüb və bu söz yenilik mənasına gəlir. Konseptin xüsusiyyətləri arasında T hərfini əmələ gətirən LED zolaqlar, öndəki iri tıxac və şüşə dam var.

Nəhəng ekranları olan müasir şou avtomobillərindən fərqli olaraq, Avinya ümumiyyətlə multimedia sisteminin displeyini almayıb. Salonda yalnız sükan çarxına inteqrasiya edilmiş kiçik cihazlar paneli, həmçinin arxa görüntü kameralarına cavabdeh olan yan tərəflərdəki ekranlar var. Tərtibatda ekoloji cəhətdən təmiz materiallardan istifadə olunub, mərkəzi dirsəkaltına aromatik diffuzor quraşdırılıb. Təchizata təkmilləşdirilmiş sürücü köməkçiləri də daxildir.

Gen-3 platforması keçən il Tata şirkətinin təxminən bir milyard dollar sərmayə qoyduğu elektrikləşdirmə planının üçüncü mərhələsi çərçivəsində hazırlanıb. Şirkətdən yeni arxitekturada olan avtomobillərin sələflərindən daha geniş və texnoloji cəhətdən daha mükəmməl olacağı bildirilib. Bu avtomobillər Hindistan yollarında istiyə və toza daha yaxşı dözə biləcək, həmçinin daha uzunömürlü akkumulyatorları alacaqlar.

Avinya konseptinin seriya versiyası 2025-ci ildə işıq üzü görə bilər – ilk Gen-3 modelinin buraxılışı bu il əplanlaşdırılıb. 2026-cı ilə qədər isə, şirkət yaşıl modellərə investisiyaları 2 milyard dollara çatdıraraq, 10 elektromobili təqdim etməyi planlaşdırır.

Bu, Hindistan hökumətinin 2030-cu ilə qədər elektromobillərin bazar payının 30 faizə çatdırılması planlarına uyğundur. Hələlik isə, Tata şirkətinin əsas model çeşidində təmsil olunan batareyalı avtomobillərin ümumi satışlardakı payı yalnız 1% təşkil edir.

autograph.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man