"Ineos Grenadier" modelinin qiyməti və xarakteristikaları açıqlanıb

02 May 2022 | 16:59
OXUNUB: 1080

Ineos Automotive şirkəti mayın 18-də Böyük Britaniyada Grenadier ofrouderinə sifarişlərin qəbuluna başlayacaqdır. Satışların başlaması ərəfəsində avtomobilin texniki göstəriciləri, təchizat səviyyələri və təbii ki, qiymətləri açıqlanıb.

Beləliklə, ilkin versiya - ikiyerli Utility Wagon furqonu - alıcılara 49 min funt-sterlinqə (104,5 min manata), yüksək səviyyəli Grenadier Trialmaster / Fieldmaster isə 59 min (125,8 min manat) başa gələcəkdir. Ofrouder standart olaraq tam ötürmə sistemi, mərkəzi differensial kilidi və gücləndirilmiş yaylı asqı ilə təchiz edilir. Modelin mühərrik çeşidinə BMW şirkətinin altısilindrli benzin və dizel aqreqatları daxil edilib.

Ineos Grenadier modelinin əsas üstünlüyü onun klassik konstruksiyasıdır. Alüminium, polad və kompozitdən hazırlanmış kuzov nərdivan tipli polad rama üzərində quraşdırılıb. Ön və arxada beş qollu asqıda asılmış bütöv Carraro körpüləri, proqressiv sarımalı Eibach yayları və köndələn dayanıqlılıq stabilizatorları quraşdırılıb.

Grenadier standart olaraq daimi tam ötürmə sistemi, iki pilləli Tremec paylayıcı qutusu (azaltma nisbəti 2,5:1), mərkəzi differensialın kilidi və Brembo əyləcləri ilə təchiz edilir.

Asqının gedişi 600 millimetri, klirens isə 264 millimetri keçir. Giriş, çıxış və eniş bucaqları müvafiq olaraq 35,5, 36,1 və 28,2 dərəcədir. Dama yükləməyə icazə verilən statik yükün çəkisi 420 kiloqramdır. “Qrenadyor” 3,5 tona qədər çəkisi olan qoşquları yedəyə almağa və 800 millimetr dərinlikdə çay keçidlərini qət etməyə qadirdir.

Baqajın həcmi 1152 ilə 2088 litr arasında dəyişir, üstəlik, iki nəfərlik furqona standart avropaleti yerləşdirmək də mümkündür. Yükü Grenadier modelinin baqaj bölməsindəki arakəsmələrin  və 10 -12 ədəd arasında olan bərkidici üzüklərin köməyi ilə qeydə almaq olar.

Ofrouderin mühərrik çeşidinə 3,0-litrlik sıralı altısilindrli BMW mühərrikləri daxildir. Benzin B58 mühərriki 286 at qüvvəsi və 420 Nm fırlanma anı, dizel B57 aqreqatı isə 249 at qüvvəsi və 550 Nm fırlanma anı hasil edir. Yalnız bir ötürmələr qutusu var - bu, gücləndirilmiş hidrotransformatoru və mexaniki rekimi olan səkkiz diapazonlu ZF “avtomatıdır”.

Ineos şirkəti müştəriyə Grenadier modelini öz istəyinə uyğun olaraq konfiqurasiya etməyi təklif edir, lakin iki standart təchizat da olacaqdır. Grenadier Trialmaster modeli Belstaff firmasının dözümlü motosiklet gödəkçəsinin şərəfinə adlandırılıb. Belə ofrouder ön və arxa Eaton differensial kilidləri, BFGoodrich All-Terrain T/A KO2 şinləri, şnorkel, xarici “yük kəmərləri” və əlavə akkumulyator ilə təchiz edilir.

Fieldmaster versiyası rahatlığa köklənib. Bu versiyada olan Grenadier arxa görüntü kamerası, elektriklə tənizmlənən və qızdırılan güzgülər, qızdırılan ön oturacaqlar, dəri tərtibat, iki lyuk və qadcetləri doldurmaq üçün əlavə USB birləşdiriciləri ilə təchiz edilir.

Həm Grenadier Trialmaster, həm də Grenadier Fieldmaster modelini hər iki mühərrik ilə sifariş etmək olar. Versiyaların qiymətləri eynidir - 59 min funt sterlinq (125,8 min manat).

Grenadier modelinin istehsalı Ineos şirkətinin 2020-ci ildə Mercedes-Benz Group qrupundan aldığı Fransanın Ambax şəhərindəki zavodunda təşkil olunacaqdır. Şirkətə qoyulan sərmayənin həcmi yarım milyard avrodan çoxdur.

Ofrouderlərin yığılacağı xəttə yarıavtomatik boya kamerası, tam avtomatlaşdırılmış kuzov sexi və yeni məhsulun keyfiyyətinin qiymətləndirilməsi mərkəzi daxildir. Ofrouderin satılacağı ilk bazarlar Avropa, Avstraliya, Yeni Zelandiya, Yaxın Şərqin bəzi ölkələri və Afrika olacaqdır.

autograph.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man