Putin Ukrayna ilə müharibədə B planına keçir

21 Mart 2022 | 16:26
OXUNUB: 2837
Kiyevi ələ keçirə bilmədikdən sonra Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibədə taktikanı dəyişmək məcburiyyətində qalıb və "əsas ərazi məqsədlərini qorumaq” strategiyasına keçərək, Bankovını bloklara qoşulmamaq mövqeyi ilə razılaşmağa məcbur etmək üçün müvafiq rıçaqlar axtarır.

Sfera.az xəbər verir ki, bu barədə WSJ-yə adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmiləri məlumat verib.

Nəşrin həmsöhbətlərindən biri bildirib ki, alınan məlumatları nəzərə alsaq, Ukrayna Silahlı Qüvvələrinin effektiv müdafiəsi Putini öz taktikasına düzəliş etməyə sövq edib.

İndi Rusiya prezidenti Kiyevi Rusiyanın Ukraynanın cənub və şərq əraziləri ilə bağlı iddialarını qəbul etməyə məcbur etmək istəyir. Beləliklə, Rusiya ölkənin qərbi ilə 2014-cü ildə işğal olunmuş Krım arasında "quru dəhlizi” yaratmaq, həmçinin Donbas üzərində nəzarəti genişləndirmək istəyir.

Eyni zamanda, Putin hərbi təzyiqlərini, xüsusən də şəhərlərin atəşə tutulmasını davam etdirəcək və ümid edir ki, bu, Zelenskini Qərblə ittifaqa girmək ümidlərindən əl çəkməyə, neytral status və Kremlin digər tələbləri ilə razılaşmağa məcbur edəcək.

Əgər Putinin tələbləri onu təmin etməsə, o zaman ABŞ rəsmiləri Rusiya Federasiyasının nizami qoşunlarının işğal etdiyi bütün əraziləri saxlamağa çalışacaq və eskalasiyanı davam etdirəcək.

"Bizim hərbi qiymətləndirmələrimizə əsasən, görünür, Putin blokada taktikasına qayıdır”, - başqa bir ABŞ rəsmisi deyib.

Onun sözlərinə görə, mühasirəyə alınmış şəhərlərdəki vətəndaşlar üçün bu, Rusiya ordusunun raket və artilleriya hücumları üçün həftələr, bəlkə də aylar deməkdir.

ABŞ Putinin kifayət qədər qoşun toplamasa, indiki kimi Ukrayna cəmiyyətinin müqaviməti ilə Kiyevi ələ keçirə biləcəyinə şübhə edir.

Nəşr qeyd edir ki, Putinin strategiyasının şərhi xüsusi xidmət orqanlarının rəsmi qiymətləndirməsinin nəticəsi deyil, yalnız məxfi məlumatlara çıxışı olan bəzi məmurların baxış bucağıdır. Onlar bu strategiyanın mütləq işləyəcəyinə zəmanət vermirlər.

Dövlət Departamentinin keçmiş yüksək vəzifəli rəsmisi Daniel Frid qeyd edib ki, Putinin Ukraynanı ələ keçirmək məqsədi dəyişməyib, "yalnız onun taktikası dəyişib”.
 
(qaynarinfo)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man