Maşın bazarında durğunluq yaşanır - qiymətlər isə “əl yandırır” - VİDEO

01 May 2022 | 22:00
OXUNUB: 897

Avtomobil bazarında hibrid avtomobillərin satışında duğrunluq yaranıb. Alıcı qıtlığından gileylənən satıcılar qiymətlərin bahalaşdığını da etiraf edirlər.

Xarici avtomobil bazarından ikinci və üçüncü əl olaraq alınan bu avtomobillər yerli bazarda heç də ucuz satılmır. Elə durğunluğun da səbəbi budur. Bu avtomobilləri satan kifayət qədər olsa da, alan azdır. Söhbət hibrid avtomobillərdən gedir. Satıcılar bu avtomobillərə tələbatın əvvəlki aylara nisbətən azaldığını deyir. Avtomobil sayı kifayət qədər olsa da, bazarda alıcı tək-tək gözə dəyirdi. Onlar da axtardığı avomobili tapmaqda çətinlik çəkirdilər. Satıcılar bildirib ki, bu avtomobillərin qiymətində 4-5 aydır bahalaşma var. Onlar bahalaşmanın səbəbini isə daşınma xərcləri ilə əlaqələndiriblər. Qeyd edək ki bu avtomobillər ölkəmizə əsasən ABŞ və Koreyadan dəniz yolu ilə gətirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man