Rusiyanın Ukraynaya qarşı müharibə başlayandan bəri 219 uşaq ölüb, 404 uşaq yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb."2022-ci il mayın 1-i səhər saatlarına olan məlumata görə, zərərçəkmiş uşaqların rəsmi sayı dəyişməyib - 219. Xəsarət alanların sayı artıb - 404", - məlumatda deyilir. Uşaqlardan ən çox xəsarət aldığı yerlər açıqlanıb: Donetsk vilayətində - 139, Kiyevdə - 115, Xarkovda - 95, Çerniqovda - 68, Xersonda - 44, Nikolayevdə - 43, Luqanskda - 37, Zaporojyedə - 27, Sumıda - 17, Kiyevdə - 16, Jitomda - 15. Qeyd olunur ki, aprelin 29-30-da Rusiya hərbçilərinin Donetsk vilayətinin Kramatorsk rayonunun Dobropillia, Drobışevo və Volnovaxski rayonunun Vremovka yaşayış məntəqələrini atəşə tutması nəticəsində 5 uşaq yaralanıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man