Beyləqanda avtomobildən çətənə bitkiləri aşkar edilib - FOTO

Gündəm 01 May 2022 | 13:04
OXUNUB: 818

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərilməklə narkotik tərkibli çətənə bitkilərinin yetişdirilməsi ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Göyçay rayon sakinləri Süleyman Nağıyev və qardaşı Əli saxlanılıblar. Onların idarəsində olan avtomobilə baxış keçirilən zaman 173 ədəd çətənə ştili aşkar edilərək götürülüb. Araşdırma zamanı həmin şəxslərin Beyləqan rayonunun ərazisinə gələrək meşə zolağında çətənə ştillərini əkib-becərməyə çalışdıqları müəyyən edilib.  
 
Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb və adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

  • Beyləqanda çətənə bitkiləri aşkar edildi - FOTO
  • Beyləqanda çətənə bitkiləri aşkar edildi - FOTO
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man