Rusiyanın yük təyyarəsi Avropa İttifaqının sanksiyalarına baxmayaraq, Moskvadan Slovakiyaya uçaraq geri qayıdıb.
Sfera.az xəbər verir ki, bunu "Flightradar24"-dan əldə edilən məlumatlar sübut edir.
Xüsusilə, martın 17-də "Volqa-Dnepr” yük şirkətinə məxsus "RA-76511" Rusiya qeydiyyatlı yük təyyarəsi Moskvadan Slovakiyanın paytaxtı Bratislavaya uçub. Sonra Moskvaya qayıdıb.
Fevralın 28-də xarici işlər naziri Dmitri Kuleba Slovakiya da daxil olmaqla 32 ölkənin səmanı Rusiya təyyarələri və aviaşirkətləri üçün bağladığını bildirib.
Volqa-Dnepr dünyanın ən böyük "An-124 Ruslan" təyyarə parkını idarə edən Rusiyanın nəhəng yük aviaşirkətidir.
Martın 17-də Volqa-Dnepr" təyyarələri uçuşları tamamilə dayandırıb.
Aİ-nin sanksiyalarından yan keçən Rusiya təyyarəsinin Rusiyanın paytaxtından Slovakiyanın paytaxtına necə uçması hələlik məlum deyil. (olke.az)