Rus ordusunun Ukraynada öldürülən generalları... - SIYAHI

19 Mart 2022 | 21:38
OXUNUB: 2706
Ukrayna Silahlı Qüvvələri ölkə ərazisində öldürülən Rusiya ordusunun generallarının siyahısını dərc edib.

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığı İdarəsinin Strateji Kommunikasiyalar Departamenti məlumat yayıb.

Qeyd olunub ki, müharibənin üç həftəsi ərzində ukraynalı əsgərlər azı altı general daxil olmaqla Rusiya ordusunun 10-dan çox yüksək səviyyəli zabitini öldürüblər.

Siyahıya əsasən Milli Qvardiyanın 141-ci motoatıcı alayının komandiri general-mayor Maqomed Tuşayev, general-mayor Vitali Gerasimov (Mərkəzi Hərbi Dairənin 41-ci Ordusu Komandanının birinci müavini), general-mayor Andrey Kolesnikov (Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandanı), general-mayor Andrey Suxoveçskiy ( Mərkəzi Hərbi Dairənin 41-ci Ordusu komandanının müavini), general-mayor Oleq Mityaev (150-ci motoatıcı diviziyasının komandiri), general-leytenant Andrey Mordviçev (Cənub Hərbi Dairəsinin 8-ci Qvardiya Birləşmiş Silahlı Qüvvələrinin komandanı) zərərsizləşdirilib.

"Əlbəttə, heç kim Rusiyada federal səviyyədə generalların itkilərindən danışmır. Rusiyada "Ukraynada xüsusi əməliyyat”ın rəsmi rəhbərinin adı hələ açıqlanmayıb”, - Ukrayna Silahlı Qüvvələri əlavə edib. (Report)


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man