Yeni "GAC Trumpchi Emkoo" modelinin hədəfində gənclər var

30 Aprel 2022 | 13:44
OXUNUB: 1008

GAC şirkətinin model xəttində 2019-cu ildə debüt edən və hələ də nisbətən yeni olan yığcam Trumpchi GS4 krossoveri var. Lakin GS4 modeli mühafizəkar auditoriyaya yönəldilib, çinlilər isə, gəncləri də öz cərgələrinə cəlb etmək niyyətidədirlər. Bu məqsədi həyata keçirmək üçün isə, GAC Trumpchi Emkoo adlı krossover hazırlanıb. Qeyd etmək gərəkdir ki, krossover üçün seçilmiş ad, GAC Trumpchi Empow sedanı ilə eyni üslubdadır.

Yeni krossover müstəqil arxa asqısı olan GPMA (Global Platform Modular Architecture) modul platformasında inşa edilib və ölçülərinə görə GS4 modelinə yaxındır: hər iki avtomobilin uzunluğu 4,5 metrə çatır. Amma Emkoo həmkarı ilə müqayisədə qeyri-adi və daha aqressiv görünüşə sahibdir. Yeni krossover tamamilə LED optikaya, “batırılmış” qapı tutacaqlarına, 19-düymlük təkər disklərinə, panoram dama (açılan bölməsi olmayan) və beşinci qapıdakı iri spoylerə malikdir.

Günəşliksiz iki ekran quraşdırılmış ön panel də çinli gənclərini cəlb etməlidir. Ön paneldə analoq düymələri və açarlar demək olar ki, qalmayıb: “musiqinin” idarəedilməsi və iqlimə nəzarəti sistemi Adigo 5.0 əməliyyat sisteminə malik olan mediasistemə tam şəkildə inteqrasiya edilib. Avtomobilin təchizatına proyeksiya displeyi, ətraf işıqlandırması və Yamaha səs sistemi daxildir. Qapı tutacaqları qeyri-adi mexanizmə sahibdirlər – qapı kilidini açmaq üçün onları yuxarı dartmaq lazımdır.

GAC Trumpchi Emkoo modeli üç güc aqreqatı ilə təklif olunur, lakin ötürmə yalnız ön oxadır. Baza modeli 1,5 TGDI benzin turbomühərriki və iki “yaş” muftası olan yeddi pilləli robotlaşdırılmış transmissiya ilə təchiz edilir. İkinci versiya 2.0 TGDI mühərriki və səkkiz pilləli Aisin “avtomatı” ilə təklif olunur. Üçüncü variant isə, Julang Hybrid 2.0 hibrid sistemi ilə hərəkətə gəlir.Təəssüflər olsun ki, güc aqreqatlarının xüsusiyyətləri ictimaiyyətə açıqlanmayıb.

Julang Hybrid 2.0 hibrid qurğusunun tərkibinə Julang Power ailəsindən olan 2,0-litrlik atmosfer mühərriki daxildir: o, qənaətcil Atkinson dövrü ilə işləyir, 15.6: 1 sıxılma nisbətinə və 42 faizlik yüksək istilik səmərəliliyinə malikdir.  Transmissiya - Toyota və Lexus avtomobillərindən tanış olan dördüncü nəsil THS (Toyota Hybrid System) elektromexaniki variatorudur. GAC və Toyota uzun müddətdir ki, əməkdaşlıq edirlər və yerli bazar üçün avtomobil istehsal edən birgə müəssisəyə malikdirlər, buna görə də, hibrid komponentlərin istifadəsi qanun çərçivəsindədir. Qeyd etmək gərəkdir ki, Emkoo Toyota transmissiyasını alan ilk GAC modeli deyil   – keçən il belə transmissiyaya ikinci nəsil GAC Trumpchi GS8 krossoveri sahib olub.

Julanq güc aqreqatlarının ailəsi genişləndirilməsi də nəzərdə tutulub. GAC mühərrik çeşidinə təkrar doldurulan hibridlərin və hətta hidrogen güc qurğusunun daxil ediləcəyini bildirib. GAC Trumpchi Emkoo krossoveri bu ilin ikinci yarısında Çin bazarında satışa çıxacaqdır. Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələrinə çatdırılmalar 2023-cü ilə planlaşdırılıb.

autograph.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man