Laçında işləyərkən minaya düşən fəhlə öldü

Gündəm 30 Aprel 2022 | 10:44
OXUNUB: 925

Laçında minaya düşən şəxs vəfat edib.

Avtosfer.az xəbər verir ki, ötən gün Laçında minaya düşən Ağstafa rayon Dağ Kəsəmən kənd sakini, 1992-ci il təvəllüdlü Pərvin Salahov gecə saatlarında dünyasını dəyişib. 

İlkin məlumata görə, P.Salahov ailəli idi, bir övladı qalıb.

Dağ Kəsəmən kənd icra nümayəndəsi İbrahim Qiyasbəyov faktı Oxu.Az-a təsdiq edib. O bildirib ki, P.Salahov bu gün Dağ Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, ötən gün Laçın Rayon Prokurorluğunun yaydığı məlumatda P.Salahovun həmin ərazidə təmir-tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışdığı və Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə məlumat verilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man