Serbiya hökuməti ilə “Stellantis” şirkəti arasında elektriklə işləyən avtomobillərin istehsalına dair müqavilə imzalanıb.
Avtosfer.az xəbər verir ki, “Stellantis”in 190 milyon avro, Serbiyanın isə 48 milyon avro sərmayə qoymaları ilə gözlənilən layihə çərçivəsində ilk modelin istehsalına 2024-cü ildə başlanılması planlaşdırılır.
Serbiya Prezidenti Aleksandr Vuçiç deyib ki, elektromobillər Kraquyevaç şəhərindəki zavodda istehsal olunacaq. 2023-cü ilədək transformasiya prosesinə, 2024-cü ilin əvvəlindən isə ilk modelin istehsalına başlanılması gözlənilir.
“Stellantis” şirkəti “Fiat-Chrysler” İtaliya-ABŞ birgə müəssisəsi və Fransanın “PSA” şirkətinin ötən ilin yanvarında birləşməsi nəticəsində yaranıb. “Stellantis”ə məxsus markalar arasında yer alan “Fiat”ın Kraquyevaçda avtomobil zavodu var.
TED.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man