Bakıda 25 yaşlı motosikletçi qəza törədib.
Avtosfer.az-ın məlumatına görə, hadisə Xətai rayonu, Bakı metropoliteninin "Həzi Aslanov" stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Rəhimov Elmin Elman oğlu idarə etdiyi motosikletlə 1956-cı il təvəllüdlü Əhmədova İradə Rafiq qızını vurub.
Hər iki şəxs təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı E.Rəhimova alın və sol almacıq nahiyəsinin əzilməsi, piyada İ.Əhmədovaya isə açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
“Report”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man